35 yaşlı qadın iki aydan çoxdur itkin düşüb - Foto

   35 yaşlı qadın iki aydan çoxdur itkin düşüb -    Foto
  01 İyul 2022    Oxunub:1702
Qəbələdə 35 yaşlı qadın itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az - a verilən məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Səidə Abdullayeva aprelin 23-də kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun boyu 155 sm, orta bədən quruluşlu,gözlərinin rəngi şabalıdı, saçları isə sarımtıldır.

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti