Bayden Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir

Bayden Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir
  01 İyul 2022    Oxunub:1446
ABŞ Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir. Sazişin tezliklə Konqres tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Bunu ABŞ Prezidenti Cozef Bayden deyib. "Xatırladığınız kimi, hələ dekabr ayında mən Türkiyəyə F-16 təyyarələrini satmalı və modernləşdirməli olduğumuzu söylədim. Belə bir istəyi dəstəkləmək bizim maraqlarımıza uyğundur", - Bayden deyib.

ABŞ rəhbərinin sözlərinə görə, qırıcıların satışında qarşılıqlı üstünlüklər yoxdur. Oktyabr ayında Türkiyə Vaşinqtondan mövcud döyüş təyyarələrini təkmilləşdirmək üçün 40 ədəd “Lockheed Martin” F-16 qırıcı təyyarəsi və 80-ə yaxın dəst satmağı xahiş edib.

AzVision.az


Teqlər:





Xəbər lenti