Ukrayna Dünya Bankından 446,8 milyon avro kredit alıb

Ukrayna Dünya Bankından 446,8 milyon avro kredit alıb
  01 İyul 2022    Oxunub:1577
Ukrayna Dünya Bankının dövlət xərclərinin dəstəklənməsi layihəsi çərçivəsində 446,8 milyon avro kredit alıb.
Bu maliyyələşdirmə çərçivəsində Böyük Britaniyanın ayırdığı vəsait 424,6 milyon avro təşkil edir.

"Müharibə dövründə Ukrayna üçün dövlət idarəçiliyinin potensialını, səmərəliliyini və davamlılığını qoruyub saxlamaq vacibdir. Yığılan vəsait dövlət sektoru işçilərinin maliyyələşdirilməsini təmin edəcək. Biz Böyük Britaniya hökumətinə və Dünya Bankına dəstəyinə görə minnətdarıq”, - məlumatda deyilir.

AzVision.az


Teqlər: Kredit  





Xəbər lenti