Bu gündən ruslar Ukraynaya viza ilə gedəcək

   Bu gündən ruslar Ukraynaya viza ilə gedəcək
  01 İyul 2022    Oxunub:1733
İyulun 1-dən Ukrayna ərazisinə girən Rusiya Federasiyasının vətəndaşlarına viza rejimi tətbiq ediləcək.
Ukrayna Nazirlər Kabinetinin iyunun 17-də Rusiya Federasiyasının vətəndaşlarına viza rejiminin tətbiq edilməsi barədə çıxardığı qərar bu gündən qüvvəyə minib.

"Biz nəhayət Rusiya ilə əlaqələri kəsirik. Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı çıxmaq üçün hökumət Ukrayna Prezidentinin göstərişlərini yerinə yetirərək yalnız Rusiya Federasiyası ilə vizasız rejimə dair müqaviləni ləğv etdi”,-deyə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti