Milyarder Ukraynaya yeni təyyarənin inşasında kömək edəcək - FOTOLAR

Milyarder Ukraynaya yeni təyyarənin inşasında kömək edəcək -    FOTOLAR
  30 İyun 2022    Oxunub:2858
Britaniyalı milyarder, “Virgin Galactic” şirkətinin yaradıcısı Riçard Brenson Ukraynaya yeni “An-225” “Mriya” nəqliyyat təyyarəsinin inşasına kömək etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu “Xalqın xidmətçisi” fraksiyasının başçısı, Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya “Telegram” hesabında qeyd edib.

Onun sözlərinə görə, sahibkarın Qostomelə səfəri zamanı kosmik sektorda əməkdaşlığın digər məsələləri də müzakirə olunub.

“Brenson bacardığı qədər kömək etməyə hazır olduğunu bildirdi”, - deyə ukraynalı politoloq qeyd edib.

Araxamiya yeni təyyarənin layihəsi üzərində işlərə artıq başlanıldığını vurğulayıb.

Xatırladaq ki, fevralın 27-də Ukraynanın “An-225” “Mriya” nəqliyyat təyyarəsi Kiyev vilayətindəki Qostomel aerodromunda məhv edilib. “Ukroboronprom” konserni təyyarənin yenidən inşası üçün təxminən üç milyard dollar və beş ildən çox vaxt tələb olunacağını deyib.







AzVision.az



Teqlər:





Xəbər lenti