Putindən "qadın olsaydı" sözünə cavab: "İyrənc görsənəcəklər"
AzVision.az xəbər verir ki, Putin Qərb liderləri, o cümlədən Boris Consonun onu təqlid edərək üstü açıq pozalverəcəyi təqdirdə çox iyrənc görünəcəklərini qeyd edib.
"Bilmirəm, beldən aşağı, yoxsa yuxarı soyunmaq istəyiblər. Amma məncə, onsuz da bu, iyrənc mənzərə olardı. Alkoqol və digər pis vərdişlərdən imtina etmək və idmanla məşğul olmaq lazımdır".
Qeyd edək ki, Putin at sürmək və balıq tutmaq da daxil olmaqla, bir çox istirajətində üst geyimi olmadan pozalar verir.
Xatırladaq ki, keçən həftə Alman ZDF kanalına danışan Johnson işğalı "dəli, maço hərəkəti" kimi təsvir edib. Daha çox qadının hakimiyyətə gəlməsi lazım olduğunu deyən Boris Conson işğalın “aqressiv kişiliyin gözəl nümunəsi” olduğunu bildirib. Kanadanın baş naziri Castin Trüdo da Putinin çılpaq şəkillərinə zarafat edib.
AzVision.az
Teqlər: