Dünya Bankı Ukraynaya 447 milyon avroya yaxın kredit ayırdı

   Dünya Bankı Ukraynaya    447 milyon avroya yaxın kredit    ayırdı
  30 İyun 2022    Oxunub:2743
Ukrayna Dünya Bankından 446,8 milyon avro məbləğində kredit alıb. Kreditin 424,6 milyon avrosuna Böyük Britaniya zəmanət verib.
AzVision.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Vəsait həm respublika, həm də regional səviyyədə dövlət orqanlarının və büdcə təhsili müəssisələrinin işçilərinin əməyinin ödənilməsini təmin etmək üçün dövlət büdcəsi xərclərinin ödənilməsinə yönəldiləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti