Makron: "NATO ölkələri Ukraynaya hərbi yardımı gücləndirəcək"

      Makron:    "NATO ölkələri Ukraynaya hərbi yardımı gücləndirəcək"
  30 İyun 2022    Oxunub:1628
NATO ölkələri Ukraynaya iqtisadi, humanitar və hərbi yardımı artıracaq.
Bunu NATO-nun Madriddə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron deyib.

"Biz Ukraynaya iqtisadi, humanitar və hərbi yardımı artırmaq qərarına gəldik. Ukraynaya nə qədər lazımdırsa, o qədər dəstəkləməyə davam edəcəyik”, – Makron bildirib. Fransa lideri Ukraynaya əlavə olaraq 6 ədəd "Sezar" özüyeriyən haubitsa göndəriləcəyini etiraf edib.

AzVision.az


Teqlər:





Xəbər lenti