Londondan Kiyevlə bağlı etiraf: “İmkanların bir həddi var”

   Londondan Kiyevlə bağlı etiraf:    “İmkanların bir həddi var”
  30 İyun 2022    Oxunub:1437
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass etiraf edib ki, Londonun uzunmüddətli perspektivdə Kiyevə ayırmağa hazır olduğu maliyyə yardımının həcminin həddi var.
O, bu barədə “BBC” Yayım Korporasiyasına müsahibəsində bildirib. “Biz uzun müddətdir bu işin içindəyik. Ukraynanın uğurlu olması bizim, Avropanın təhlükəsizliyi üçün son dərəcə vacibdir. Biz ukraynalılar və digər tərəfdaşlarla birlikdə Ukraynaya iqtisadiyyatının fəaliyyətini bərpa etməyə kömək edirik. Çünki, maliyyə dəstəyi iqtisadiyyatın gəlirləri və onun artımı hesabına təmin edilir”.

Nazir vurğulayıb ki, Böyük Britaniya istənilən vasitələrlə və imkan daxilində uzun müddət Ukraynaya dəstək vermək niyyətindədir:

“Qərb hətta inflyasiyanın və enerji qiymətlərinin kəskin artması fonunda belə Ukraynaya yardım edəcək. Çünki Rusiyanın Ukraynadakı münaqişədə qələbəsi digər Avropa ölkələrinin də işğalı, yəqin ki, dünya üçün daha böyük iqtisadi çətinliklər demək olardı”.

AzVision.az


Teqlər:





Xəbər lenti