Bunu Niderlandın Baş naziri Mark Rütte bildirib. Onun sözlərinə görə, Ukraynanın kifayət qədər sayda ağır silah sistemləri alması inanılmaz dərəcədə vacibdir. “Bütün ölkələr silhlarını Ukraynaya çatdımalıdır. Bu o demək ola bilər ki, yaxın aylarda siz öz ərazinizi tam müdafiə edə bilməyəcəksiniz, lakin hələlik Ukraynaya üstünlük verməyimiz vacibdir”.
Eyni zamanda, Niderlandın Baş naziri qeyd edib ki, NATO üzvləri arasında hələ də Ukrayna ordusunu ağır silahlarla təchiz etməyə cəsarət etməyən ölkələr var. Rütte onların adlarını çəkməyib.
AzVision.az