Rusiya qoşunlarını İlan adasından çıxardı

   Rusiya qoşunlarını İlan adasından çıxardı
  30 İyun 2022    Oxunub:1640
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib. Bu barədə “Cənub” Əməliyyat Komandanlığından məlumat verilib.
“Raket və artilleriya bölmələrimizin İlan adasını atəşə tutması nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyyə edib və ehtimal ki, adanı tərk edib. İndi adada partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır", - deyə məlumatda bildirilir.

Rusiya Müdafiə Nazirliyi qoşunlarının İlan adasından çıxarılmasını təsdiqləyib.

"Bu gün xoşməramlı addım kimi Rusiya hərbçiləri İlan adasında öz tapşırıqlarını yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkib”, - deyə məlumatda qeyd edilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti