Ermənistanda əsgər analarının aksiyası: Paşinyana cinayət işi açılsın!

   Ermənistanda əsgər analarının aksiyası:    Paşinyana cinayət işi açılsın!
  30 İyun 2022    Oxunub:1837
Ermənistanda 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri Baş Prokurorluğun qarşısında aksiya keçiriblər. Onlar strukturun rəhbəri Artur Davtyanla görüşmək, eləcə də işlərinin İstintaq Komitəsindən Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb edirlər.
Əsgərlərin yaxınları artıq İstintaq Komitəsinə inanmırlar və hesab edirlər ki, onların işi yalnız Milli Təhlükəsizlik Xidməti tərəfindən obyektiv araşdırıla bilər. Könüllü Arman Ohancanyan anası Elizaveta Oqandjanyanın jurnalistlərə müsahibəsində dediyi kimi, artıq onların heç biri istintaq komitəsinə etibar etmir.

"Qoy MTX işimizi araşdırsın. Bundan başqa, Ermənistan Cinayət Məcəlləsinin 299-cu maddəsi (dövlətə xəyanət) ilə cinayət işinin başlanmasını və Ermənistanın baş naziri Nikol Paşinyanın təqsirləndirilən şəxs qismində cəlb olunmasını tələb edirik", - Ohancanyan bildirib.

Onun sözlərinə görə, onlar ən qiymətli şeylərini - övladlarını itiriblər və indi geri çəkilməyəcək və sona qədər mübarizə aparacaqlar.

Valideynlərdən biri bildirib ki, Milli Təhlükəsizlik Xidməti bu gün Ermənistanda yeganə etibar edilə bilən strukturdur. Buna görə də valideyinlər Davtyana onların işini İstintaq Komitəsindən Milli Təhlükəsizlik Xidmətinə keçirə bilib-bilməyəcəyini soruşmaq niyyətindədirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti