Papa oğlan analarına müraciət etdi: “Onları evləndirin

   Papa oğlan analarına müraciət etdi:    “Onları evləndirin   ”
  30 İyun 2022    Oxunub:964
Roma Papası Fransisk oğlan övladı olan analara müraciət edib.

Katolik dünyasının ruhani lideri analardan öz övladlarının toyunu gecikdirməməyi istəyib.

“Oğullarınızın köynəyini ütüləməyi dayandırın və vaxt itirmədən onları evləndirin. Həddindən artıq sahiblənməyi dayandırın, onların yuvanı tərk etmələrinə icazə verin”, - deyə Papa Fransisk söyləyib.

Roma Papası həmçinin evlilik yaşına çatan, lakin hələ də evli olmayan kişilərə də müraciət edərək, onlara ailə həyatı qurmağı tövsiyə edib.

“Hər evlilikdə çətinliklər olur, amma bu çətinliklərdən qorxmayın”, – deyə Papa Fransisk vurğulayıb.

AzVision.az

Teqlər:







Xəbər lenti