ABŞ-a getmək istəyən 53 miqrant öldü

ABŞ-a getmək istəyən 53 miqrant öldü
  30 İyun 2022    Oxunub:946
ABŞ-ın San Antonio şəhərində (Texas ştatı) yük avtomobilində havasızlıqdan boğularaq ölən miqrantların sayı 53-ə çatıb.
ABŞ Ədliyyə Nazirliyi məlumat verir ki, miqrantların ölümünə səbəb olan yük maşınının sürücüsü və onun şəriki artıq saxlanılıb. Onları ömürlük həbs cəzası gözləyir.

Qeyd olunur ki, ölən 53 nəfərdən 27-i Meksika, 14-ü Honduras, 7-si Qvatemala vətəndaşıdır. Miqrantlar Meksikadan qeyri-qanuni yolu ilə ABŞ-a gətirilib.

AzVision.az

Teqlər:







Xəbər lenti