Hindistanlının izi tapılıb? - Polisdən AÇIQLAMA

   Hindistanlının izi tapılıb? -    Polisdən AÇIQLAMA
  29 İyun 2022    Oxunub:1654
Zaqatala dağlarında itən hindistanlı turist 29 yaşlı Manikanth Kondaveetinin axtarışları davam edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov AzVision.az -a bildirib ki, axtarışlar zamanı hələlik heç bir izə rast gəlinməyib: "Axtarışlar Qəbizdərə, Honzoqor yaylağında və ətraf dağlarda davam etdirilir. Hələlik turistə aid heç bir izə rast gəlinməyib".

Qeyd edək ki, hindistanlı turist 29 yaşlı Manikanth Kondaveeti mayın 12-də Zaqatalada oteldən çıxaraq, naməlum istiqamətdə gedib. Bundan sonra onunla əlaqə saxlamaq olmayıb. Yalnız mayın 13-də onun mobil telefonun "GPS" vasitəsilə harada olduğu izlənilib. Sonra isə bu axtarış vasitəsi də əlçatmaz olub.






Teqlər:





Xəbər lenti