"70 ölkədən quşçuluq məhsullarının gətirilməsi məhdudlaşdırılıb" - AQTA

"70 ölkədən quşçuluq məhsullarının gətirilməsi məhdudlaşdırılıb" -    AQTA
  29 İyun 2022    Oxunub:1514
Quş qripi ilə bağlı hazırda quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət tətbiq edilən ölkələrin sayı açıqlanıb.
AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib ki, hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var.

O xatırladıb ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Ümumdünya Ticarət Təşkilatı ilə razılaşmasına görə heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi onların verdiyi məlumata əsasən tənzimlənir: "Biz də təşkilatın üzvüyük və hər gün hansı ölkədə hansı xəstəliklərin qeydə alınması ilə bağlı məlumat alırıq. Buna uyğun da hansı ölkəyə məhdudiyyət, hansına qadağa tətbiq olunması qərara alınır. Biz gözləyə bilmərik ki, hansısa ölkədən bizə məhsul gətirilir, ya gətirilmir. Məsələ ondadır ki, heç bir sahibkara hansısa ucqar ölkədən məhsul gətirməsin. Ona görə də biz qabaqlayıcı tədbirlərimizi elan edirik".

Şöbə müdirinin sözlərinə görə, müxtəlif xəstəliklər üzrə məhdudiyyət tətbiq olunan ölkələrin sayı fərqlidir: "Məsələn, quş qripi ilə əlaqədar hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var. Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə tənzimlənir və 3 aydan 12 ayadək davam edə bilər".

AzVision.az



Teqlər:





Xəbər lenti