"Təkcə Ukrayna deyil, NATO da bunu istəməlidir" - Kuleba

   "Təkcə Ukrayna deyil, NATO da bunu istəməlidir" -    Kuleba
  29 İyun 2022    Oxunub:1459
"Ukrayna NATO-ya daxil olmaq niyyətini yenidən nəzərdən keçirməyib. Ancaq təkcə Ukraynanın istəyi kifayət deyil, Alyans da bunu istəməlidir". Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba RFI-yə müsahibəsində danışıb.
Kuleba qeyd edib ki, avroatlantik inteqrasiya Ukrayna Konstitusiyası ilə nəzərdə tutulub və NATO Avropa məkanında ən effektiv təhlükəsizlik mexanizmidir.

"Amma Ukraynanın NATO-ya daxil olması üçün təkcə onun iradəsi yetərli deyil, NATO da bunu istəməlidir. Biz bu yaxınlarda Avropa Birliyinə üzvlüklə bağlı tarixi qərarın qəbul edildiyini gördük, lakin müharibə başlayandan NATO ilə bağlı təşkilat heç vaxt inteqrasiya lehinə jest etməyib”, - Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti