"Putin istəsə, Ukraynada müharibə sabah bitəcək" - Almaniya XİN

      "Putin istəsə, Ukraynada müharibə sabah bitəcək" -    Almaniya XİN
  29 İyun 2022    Oxunub:1807
Rusiya Ukrayna şəhərlərinə raket hücumlarını dayandıran kimi Ukraynada müharibə dayandırılacaq və bunu sabah etmək olar.
AzVision.az “Spiegel”-ə istinadən xəbər verir ki, xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibənin nə vaxt bitəcəyini heç kim bilmir, bu sual açıq qalır.

"Bu, sabah Rusiya prezidentinin bombardmanı dayandırması ilə bitə bilər. Biz Ukraynanın suveren dövlət olaraq qalması və bütün ölkənin sülh və azadlıq içində yaşamasını təmin etmək üçün hər şeyi edəcəyik", - Burbok bildirib.

Qeyd edək ki, dünən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Kiyev silahları yerə qoyub təslim olmaq əmri versə, Ukraynadakı müharibə günün sonuna qədər bitə bilər" açıqlaqması vermişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti