"Rusiya ilə danışıqlar Ukraynanın hərbi qələbəsindən sonra aparıla bilər" - Liz Trass
"Rusiyanın Ukraynada məğlubiyyətinə nail olmaq öhdəliyimiz var. Biz bunu Avropanın təhlükəsizliyi, azadlığı və demokratiyası naminə etməliyik. Bu, Avropada uzunmüddətli sülhə nail olmağın yeganə yoludur. İndi bəziləri Rusiya hələ də Ukraynadaykən danışıqların mümkünlüyündən danışır. Amma düşünürəm ki, bu, yalançı sülh gətirəcək”, - Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib:
"Qərb ölkələri regionda uzunmüddətli sülhü təmin etmək üçün keçmişdəki Minsk razılaşmalarının uğursuzluğu nümunələrindən dərs almalıdır. Mənim mesajım budur ki, biz əvvəlcə Rusiyanı məğlub etməliyik, sonra danışıqlar aparmalıyıq".
AzVision.az
Teqlər: