Ben Uolles: "Ukrayna hadisələri fonunda Şotlandiya muxtariyyət istəməz"

      Ben Uolles:    "Ukrayna hadisələri fonunda Şotlandiya muxtariyyət istəməz"
  29 İyun 2022    Oxunub:1308
Ukraynadakı vəziyyətlə əlaqədar dünyada artan geosiyasi gərginlik səbəbindən şotlandlar Birləşmiş Krallıqdan ayrılmaq istəməyəcəklər.
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles "Sky News"a müsahibəsində deyib.

"İnsanlar Böyük Britaniyanın bir hissəsi olmağın daha yaxşı seçim olduğunu düşünürlər. Böyük Britaniyanın bir hissəsi olmaq istəmələrinin bir neçə səbəbi var. Əgər COVID-19-a baxsanız, Şotlandiyanın aldığı yardımın miqdarı yalnız daha güclü siyasi birlik daxilində paylaşıla bilərdi. Buna müdafiə nöqteyi-nəzərindən baxsaq, Rusiya Prezidenti Vladimir Putin nüvə silahlarından dəfələrlə bəhs edib və Şotlandiyada insanlar başa düşürlər ki, biz bir ölkə olaraq birlikdə daha güclüyük”-deyə, o bildirib.

Qeyd edək ki, Şotlandiyanın birinci naziri Nikola Starcen Böyük Britaniyanın Baş naziri Boris Consona Şotlandiyada müstəqillik referendumunun keçirilməsi təklifi ilə bağlı məktub göndərib. Nikola Starcen Britaniya hökumətinin başçısına yazdığı məktubda bildirib ki, onun kabinetinin hərəkətləri Birləşmiş Krallığın könüllü tərəfdaşlıq ideyasını şübhə altına alır.

O, 19 oktyabr 2023-cü ildə Böyük Britaniyadan müstəqillik üçün referendum keçirmək təklifini açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti