Şotlandiya müstəqil olmaq istəyir

   Şotlandiya müstəqil olmaq istəyir
  29 İyun 2022    Oxunub:1229
2023-cü ildə Şotlandiyada müstəqillik referendumu keçirilə bilər.
Bu barədə Şotlandiyanın Baş naziri Nikola Stercen məlumat verib. Baş nazir gələn il oktyabrın 19-da yeni müstəqillik referendumu keçirməyi planlaşdırdığını açıqlayıb. Stercen Böyük Britaniyanın Baş naziri Boris Consona məktub yazaraq referendumun keçirilməsi üçün ondan rəsmi razılıq alacağını deyib. O, təklifin qəbul edilməyəcəyi təqdirdə isə planla bağlı qətiyyətlə hərəkət edəcəklərini bildirib.

N.Stercen hökumətin icazəsi olmadan referenduma getmək üçün müraciət ərizəsini Böyük Britaniya Ali Məhkəməsinə göndərəcəklərini də qeyd edib. Regional hökumətin Baş naziri Ali məhkəmənin Şotlandiya hökumətinin xeyrinə qərar verəcəyi təqdirdə referendum aktını Şotlandiya parlamentindən tez bir müddətdə keçirəcəyini də deyib.

Qeyd edək ki, Şotlandiyanın sabiq Baş naziri Aleks Salmond və Böyük Britaniyanın sabiq Baş naziri Devid Kemeron 2012-ci ilin sonlarında Şotlandiyada referendum keçirilməsi ilə bağlı razılığa gəliblər. 2014-cü ildə keçirilən müstəqillik referendumunda şotlandların 55 faizi Böyük Britaniyanı tərk etməkdən imtina edib.

AzVision.az



Teqlər: Şotlandiya  





Xəbər lenti