Deputat Gültəkin Hacıbəylini ifşa etdi – VİDEO

   Deputat Gültəkin Hacıbəylini ifşa etdi –    VİDEO
  28 İyun 2022    Oxunub:2501
“Sülh müqaviləsi öncəsi anti-milli təsir dairələri tərəfindən ölkə daxilində həssas hesab edilən bütün məqamlar bir-bir test edilir. Bu testlərdən biri də inanclı insanların hissləri ilə bağlı təxribat idi. Təxribata Bakının mərkəzindən başqa, İranda Azərbaycan Respublikasının səfirliyi önündə, Marneulidə, İstanbulda, Moskvada, Berlində və bir neçə xarici şəhərdə simvolik dəstəyin verilməsi bu təxribatın hazırlanmasını və xüsusi əməliyyat olmasını göstərir”.
Bu fikirlər millət vəkili Kamal Cəfərova məxsusdur. Deputatın sözlərinə görə, bu anti-milli təxribata Azərbaycan xalqı dəstək vermədiyi aydın olandan sonra Tale Bağırzadəyə aclıq aksiyasının dayandırılması tapşırıldı və bu əməliyyat bununla da bitdi: “Bu təbii idi, çünki 44 günlük müharibə bir daha göstərdi ki, dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər birimizi birləşdirən ən ümdə dəyər müstəqillikdir. Bu reallığı isə artıq bütün dünya qəbul edib. Heç bir təxribat bizi bu yoldan döndərə bilməyəcək”.

Millət vəkili xaricdə yaşayan anti-Azərbaycan şəbəkəsi üzvlərinin videoçıxışlarından bir parçanı paylaşaraq vurğulayıb ki, Azərbaycanda istənilən təxribat cəhdinə hər an dəstək verməyə hazır qruplaşma isə Anti-milli şura və üzvləridir. Onlardan biri də Gültəkin Hacıbəylidir: “Birincisi onu qeyd etməliyəm ki, etiqadla bağlı danışacaq ən sonuncu insanlardan biri də Gültəkin Hacıbəylidir. Çünki, hamımızın bildiyi kimi, o etiqadını ən azı 2 dəfə dəyişib. İkinicisi, onun “youtube”dakı çıxışını izləyəndə, siz də görəcəksiniz ki, tək məqsədi öz aləmində təxribata dəstək verməkdir. Arqumenti və ritorikası isə xalqı aşağılamaq və lağlağı üzərində qurulub”.

Deputat diqqəti bu məqama yönəldib ki, əvvəla, Gültəkin Hacıbəyli mafiyadan nümunə verir, sonra deyir ki, “iki türk bir düşmənə saldırmaz”. Sonra Ermənistanı və Paşinyanı Azərbaycan xalqına nümunə çəkir. Ən sonda isə inanclı insanları özü təhqir edir.



“Bundan əvvəl Əli Kərimlinin baş politoloqu Fuad Qəhrəmanlı ilə bağlı yazmışdım. Həmin vaxt Fuad Qəhrəmanlı deyirdi ki, bir qarış topağa (Fərrux yüksəkliyi) görə dünyanı üstümüzə qaldırmağa dəyməz. Bu statusun cavabını verdim. AXCP trolları ünvanıma söyüşlər yazdı. Sonra Əli Kərimli Rusiya Müdafiə Nazirliyinin məlumatına əsaslanaraq, sevinərək Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndindən geri çəkildiyini qeyd elədi.

Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi Fərrux kəndi və yüksəkliyinin Azərbaycanın Silahlı Qüvvələrinin nəzarətində olduğunu açıqladı. Bir saat içində Əli Kərimlinin anti-milli mövqeyi ictimai qəzəbə tuş gəldi. Hər kəs yazırdı ki, görün nəyə sevinirdi?! İndi görünür Əli Kərimli bəzi tezislərini özü səsləndirməyə ehtiyat edir, Gültəkin Hacıbəyliyə dedizdirir.

İndi isə sual olunur, bəs Gültəkin Hacıbəyli nəyə sevinirdi?”,- deyə deputat sual edib.

Teqlər:







Xəbər lenti