Putinin iqamətgahının tikintisindən pul ələ keçirdi - 20 il həbs cəzası aldı

   Putinin iqamətgahının tikintisindən pul ələ keçirdi -    20 il həbs cəzası aldı
  28 İyun 2022    Oxunub:1000
Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi milyarder Dmitri Mixalçenkonu Rusiya prezidenti Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahının tikintisi zamanı mənimsəmə işi üzrə 20 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə TASS məlumat yayıb.
"Forum" holdinqin baş direktoru olan təqsirləndirilən şəxs cəzasını ciddi rejimli koloniyada çəkəcək. Məhkəmə onu da bir milyon rubl cərimələyib. Müstəntiqlərin fikrincə, iş adamı əlaqələrdən istifadə edərək, özünü və onun nəzarətində olan insanları zənginləşdirmək üçün dövlət müqavilələri əsasında büdcə vəsaiti almaq imkanı əldə edib. Baş Prokurorluğun iddiası ilə məhkəmə Mixalçenkonun təxminən dörd milyard rubl dəyərində əmlak və aktivlərini müsadirə edib.

İşdə təqsirli bilinən digər şəxs - Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Ateks” Federal Dövlət Unitar Müəssisəsinin keçmiş direktoru Andrey Kaminov məhkəmə tərəfindən 900 min rubl cərimə edilib. O bundan sonra ömrünün 15 ilini ciddi rejimli koloniyada keçirəcək.

Məhkəmə eyni zamanda, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mühəndislik və Texniki Dəstək Xidmətinin (SITO) keçmiş rəisi, ehtiyatda olan general-leytenant İqor Vasilyev və eyni xidmətin şöbələrindən birinin rəisi, polkovnik Dmitri Ulitin, məhkəmə tərəfindən 500 min rubl cərimə edilməklə müvafiq olaraq altı və beş il həbs cəzası verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti