Çin xaricdən gələnlərin karantin müddətini azaldır

   Çin xaricdən gələnlərin karantin müddətini azaldır
  28 İyun 2022    Oxunub:739
Çin hakimiyyəti xaricdən gələn vətəndaşlar üçün mərkəzləşdirilmiş karantin müddətini 14 gündən 7 günə endirəcək.
Bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin saytında dərc olunan sənəddə deyilir. Əvvəllər xaricdən gələn vətəndaşlar 14 günlük məcburi karantində olmalı, bundan sonra isə 7 gün evdə qalmalı və sağlamlıqlarına nəzarət etməli idilər. Pekin ərazisinə daxil olduqda isə mərkəzləşdirilmiş karantin müddəti 10 gün idi, bundan sonra da yeddi gün evdə özünü təcrid etmək lazım idi.

Komitədən verilən məlumata görə, məcburi karantin 7 günə, evdə özünütəcrid müddəti 3 günə endiriləcək. Vətəndaşlar 10 gün ərzində ümumilikdə altı PZR testindən keçməlidirlər: mərkəzləşdirilmiş karantinin birinci, ikinci, üçüncü, beşinci və yeddinci günü, həmçinin ev təcridinin üçüncü günü. Test boğazdan nümunə götürməklə aparılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti