İranın nüvə danışıqları başlayır

İranın nüvə danışıqları başlayır
  05 Aprel 2013    Oxunub:1126
Müzakirələrdə İranı Səid Cəlili təmsil edir
İranın nüvə proqramı ilə bağlı Altılıq üzvləri ilə danışıqlar Qazaxıstanın Alma-Atı şəhərində başlayır. Danışıqlar zamanı fevral görüşündə əldə olunan nəticələr nəzərdən keçiriləcək, yaranan problemdən çıxış yolları axtarılacaq. İki gün davam edəcək müzakirələrdə İranı Ali Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili təmsil edir.

O, BMT-nin 5 daimi üzvü və Almaniyanın İranın nüvə proqramı ilə bağlı hüquqlarını etiraf edəcəyinə ümid bəslədiyini deyib. Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton isə ümid edib ki, İrandan bu dəfə uranın zənginləşdirilməsi ilə əlaqədar beynəlxlaq vasitəçilərin təklifinə cavab ala biləcəklər.


Teqlər:  





Xəbər lenti