Rusiyada qızdırmanın təhlükəli ştammı aşkar edilib

   Rusiyada qızdırmanın təhlükəli ştammı aşkar edilib
  28 İyun 2022    Oxunub:624
Rusiyanın cənubunda Krım-Konqo hemorragik qızdırmasının yeni ştammı aşkar edilib.
Bu barədə Seçenov Universitetinin mətbuat xidməti məlumat yayıb. Krım-Konqo hemorragik qızdırması Afrika, Balkanlar, Yaxın Şərq və bir sıra Asiya ölkələrində yayılıb. Rusiyada virus əsasən Avropa hissəsinin cənubunda aşkarlanır. İyunun əvvəlində Rostov vilayətində Krım-Konqo hemorragik qızdırmasından iki ölüm halı qeydə alınıb. Hər iki halda xəstəliyə gənə dişləməsi səbəb olub.

Bəzi hallarda ölümlə nəticələnən bu xəstəlik ilk dəfə 1944-1945-ci illərin yaz aylarında Qərbi Krımda sovet əsgərləri arasında qanamalı qızdırma ilə ortaya çıxıb.

AzVision.az


Teqlər: Xəstəlik  





Xəbər lenti