Xarici kəşfiyyata işləyən erməni hərbçi saxlanıldı
Təsvir edilən şərtlərə əsasən, o, “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyat xidmətlərinin nümayəndəsi ilə tanış olub və onun tərəfindən işə götürülüb. Bundan sonra 2 milyon dram məbləğində ödəmə vədi müqabilində messencer vasitəsilə xarici kəşfiyyat xidmətinin nümayəndəsinə binalar haqqında məlumat və fotoşəkillər silahlanma, hərbi zirehli texnika, döyüş və nəqliyyat vasitələrinin sayı və növləri, təlimləri keçirən kəşfiyyat və digər birləşmələrin sayı və silahlanması, təlimlərin məqsədləri barədə məlumatlar təqdim edib. Qeyd edilib ki, həmin şəxs artıq əməlini etiraf edib və həbs edilib.
AzVision.az
Teqlər: