"İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Əhməd Sengendo

   "İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" -    Əhməd Sengendo
  28 İyun 2022    Oxunub:959
"İşğaldan azad edilmiş əraziləri keçən il ziyarət etmişik, dağıntıları gördük. Orada ürəkağırıdıcı mənzərənin şahidi olduq. Dağıntılar turizm potensialına da mənfi təsir edib".
AzVision.az xəbər verir ki, bunu İƏT Baş katibinin müavini Əhməd Sengendo deyib. O qeyd edib ki, orada qısa zamanda quruculuq işləri aparılıb:

"Əminəm ki, ibadət yerləri, məscidlər qısa zamanda bərpa edilib, sakinlərə veriləcək. Həmin ərazilərin bərpası ölkənin turizm potensialına müsbət təsir edəcək. Biz İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti