"Turizm həssas qruplar üçün gözəl imkanlar açır" - Baş katib

   "Turizm həssas qruplar üçün gözəl imkanlar açır" -    Baş katib
  28 İyun 2022    Oxunub:432
"Turizm kiçik və orta sahibkarlığı dəstəkləmək üçün kifayət qədər potensiala malikdir və insanların işlə təmin olunmasında mühüm rol oynayır".
AzVision.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Taha Bakıda keçirilən İƏT Turizm Nazirlərinin XI sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, turizm sektoru nəinki milyonlarla iş yerləri yaradır, eyni zamanda həssas qruplar üçün gözəl imkanlar açır.

İƏT baş katibi həmçinin dövlət və özəl turizm sektorunda olanları halal turizm sahəsinə sərmayə qoymağa çağırıb:

"Ümid edirəm ümumi tövsiyələr sizin tərəfinizdən nəzərə alınıb qəbul ediləcək".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti