Türkiyə-İran-Azərbaycan xin başçılarının növbəti iclası İranda keçiriləcək

   Türkiyə-İran-Azərbaycan xin başçılarının növbəti iclası İranda keçiriləcək
  28 İyun 2022    Oxunub:886
Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti iclası İranda keçiriləcək .
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib.

Nazir bildirib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir.

Türkiyə və İranın ətraf mühitlə bağlı birgə çalışması lazım olduğunu vurğulayan Çavuşoğlu, iki ölkədən mütəxəssislərin bir araya gələcəyini bildirib.

Nazir əlavə edib ki, Türkiyənin İranla köklü və tarixi əlaqələri var və bu əlaqələri hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmindədirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti