“Azərbaycana gələn turistlərin 55%-i islam ölkələrindəndir” - Fuad Nağıyev

  “Azərbaycana gələn turistlərin 55%-i islam ölkələrindəndir” -   Fuad Nağıyev
  28 İyun 2022    Oxunub:455
Görülən işlərlə Azərbaycanı ən gözəl turizm destinasiyalardan birinə çevirmək istəyirik ki, bura gələn turistlər ölkəni gözəl hisslərlə tərk etsin. Təsadüfi deyil ki, ölkəyə gələn turistlər arasında islam ölkələrindən 55 faiz təşkil edir.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin XI sessiyasında çıxışı zamanı deyib. O ümid edir ki, yaxın zamanda Azərbaycana turizm axını artacaq.

"Azərbaycan 30 il işğal altında olub və İƏT üzvləri bu istiqamətdə ciddi dəstək göstərib. Çox təəssüf ki, işğal altında olan şəhərlər dağıdılıb və xarabalığa çevrilib. Hazırda o torpaqlarda böyük işlər görülməkdədir. Ölkədə turizmin bu istiqamətdə bərqərar edilməsi üçün işlər görülür. Biz Azərbaycan ən gözəl turizm destinasiyasına çevirmək istəyirik".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti