“Microsoft”un “Windows 8.1”i nə vaxt söndürəcəyi məlum olub

   “Microsoft”un “Windows 8.1”i nə vaxt söndürəcəyi məlum olub
  27 İyun 2022    Oxunub:1513
“Microsoft” 10 yanvar 2023-cü ildə “Windows 8.1” üçün dəstəyi dayandıracaq.
AzVision.az xəbər verir ki, bu barədə “The Verge”in saytı məlumat yayıb. Belə ki, “Microsoft” gələn aydan etibarən sözügedən OS versiyasının istifadəçilərinə bildirişlər göndərməyə başlayacaq.

Yanvarın 10-dan sonra Amerika İT nəhəngi “Windows 8.1” üçün genişləndirilmiş təhlükəsizlik yeniləmələrini buraxmağı dayandıracaq. Buna görə də, sözügedən məhsuldan istifadə edən istifadəçilər və müəssisələr yeni “Windows”u yükləməli və ya köhnə versiyanın işlədilməsi risklərini qəbul etməli olacaqlar.

Vəziyyət onunla daha da ağırlaşır ki, hətta “Microsoft”un özünə görə, “Windows 8.1”lə işləyən əksər kompüterlər şirkətin ən müasir versiyasına – “Windows 11”ə keçə bilməyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti