FT: Rusiya yenidən texniki defolt riski ilə üzləşə bilər

       FT:     Rusiya yenidən texniki defolt riski ilə üzləşə bilər
  27 İyun 2022    Oxunub:929
Rusiyaya 100 milyon dollar xarici borcun ödənilməsi üçün güzəşt müddəti iyunun 27-də başa çatacaq, bundan sonra bu pul ödənilməsə, texniki defolt baş verə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “The Financial Times” yazır. Mayın 27-də Rusiya Maliyyə Nazirliyi Rusiya avrobondlarının sahiblərinə təxminən 100 milyon dollar faiz ödəməli idi. Vəsait göndərilib, lakin sanksiyalara görə, vəsait alanlara çatmayıb.

Nəşr qeyd edib ki, Maliyyə Nazirliyi dövlət borcunun sahiblərinə vəsait verməsə, bu, texniki defolt hesab olunacaq.

Qəzetin müsahibə verdiyi ekspertlər qeyd ediblər ki, müqavilə müqavilə kimi qalır, çünki müqavilədə riayət edilməli olan müddətlər göstərilib. Buna görə də, kreditor vəsait tələb etmək hüququna malikdir və belə bir vəziyyətdə hər hansı bir bəhanə sadəcə mənasızdır.

AzVision.az


Teqlər:





Xəbər lenti