Batman şəhərində Qarabağ parkı açılacaq

   Batman şəhərində Qarabağ parkı açılacaq
  27 İyun 2022    Oxunub:971
İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq.
AzVision.az xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir.

Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti