Çavuşoğlu: "Azərbaycan türkün gücünü bütün dünyaya göstərdi"

      Çavuşoğlu:    "Azərbaycan türkün gücünü bütün dünyaya göstərdi"
  27 İyun 2022    Oxunub:572
Üç qardaş ölkənin əlaqələrinin inkişafı region üçün vacib əhəmiyyətə malikdir.
Bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.

Nazir qeyd edib ki, üçtərəfli görüşün əhəmiyyəti olduqca vacibdir. Bu cür görüşlər yeni imkanlar yaradır. Azərbaycan və Türkiyə arasında bütün sahələr inkişaf etdirilir. Azərbaycanla enerji sahəsində imkanları daha da genişləndirmək istəyirik.

"Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm. Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya göstərdi”,- deyə M. Çavuşoğlu qeyd edib.

AzVision.az

Teqlər:







Xəbər lenti