G7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

   G7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək
  27 İyun 2022    Oxunub:1297
Yeddilər qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək.
AzVision.az xəbər verir ki, bu barədə DPA agentliyi Ağ evin nümayəndəsinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, sanksiyalar xüsusən Rusiyanın hərbi sənayesinə qarşı yönələcək. Məhdudiyyət tədbirləri, o cümlədən hərbi istehsalı və tədarük zəncirini əhatə edəcək.

G7 qrupu Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Qrupun əsas məqsədi qlobal siyasi və sosial problemlərin həlli yollarını tapmaqdır.

1976-cı ildə G7 formatında qurulan təşkilat 1997-ci ildə Rusiyanın ona qoşulması ilə G8 kimi tanınıb. 2014-cü ildə Ukraynadakı vəziyyət səbəbindən Rusiya-Qərb münasibətlərində yaranan böhranla əlaqədar yenidən G7 formatına qayıtmaq qərara alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti