AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bu gün yerli vaxtla günün ikinci yarısında elektrik enerjisinə tələbatın əhəmiyyətli olacağını gözləyir. Nazirlikdən bildiriblər ki, lazımsız işıqların söndürülməsini tələb etməklə yanaşı, istilik vurmalarının qarşısını almaq üçün kondisionerlərdən istifadə etmək olar.
Yaponiya hökumətinin müraciətinə əsasən, prosesn Tokio vaxtı ilə saat 15:00-dan başlayacaq və 3 saat davam edəcək.
AzVision.az