Azərbaycan-Türkiyə-Qazaxıstan Orta Dəhlizinin inkişaf etdirilməsində maraqlıdır

   Azərbaycan-Türkiyə-Qazaxıstan Orta Dəhlizinin inkişaf etdirilməsində maraqlıdır
  27 İyun 2022    Oxunub:1207
Azərbaycan-Türkiyə-Qazaxıstan Orta Dəhlizinin inkişaf etdirilməsində maraqlıdır.
AzVision.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib .

Onun sözlərinə görə, bu toplantının keçirilməsi olduqca əhəmiyyətlidi: "Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda çox faydalı əməkdaşlıq mövcuddur. Mehriban qonşuluq, strateji tərəfdaşlıq, qardaşlıq münasibətləri mövcuddur.

İlk dəfə olaraq belə üçtərəfli formatda görüş keçirilir və bu görüşdə daha çox xüsusi olaraq regional məsələləri ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı nəqliyyat və bağlantılarla bağlı fikir mübadiləsinin aparılmasıni vacib hesab edirik. Müzakirələr zamanı Trans-Xəzər Beynəlxalq Nəgliyyat Marşrutun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirdik. Mövcud olan problemlər, dar boğazların aradan qaldırılması istiqamətində bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığımızın genişləndirilməsi istiqamətlərinə xüsusi nəzər saldıqsa, digər tərəfdən müzakirə mövzusunda çox maraqlı yeni dəyərli fikirlər və təkliflər səsləndirilib".

AzVision.az



Teqlər:





Xəbər lenti