Sumqayıtda 84 yaşlı nənəsinin qətlində şübhəli bilinən şəxs həbs edilib

Sumqayıtda 84 yaşlı nənəsinin qətlində şübhəli bilinən şəxs həbs edilib
  25 İyun 2022    Oxunub:1014
İyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
AzVision.az xəbər verir ki, baş Prokuroluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Teqlər: Sumqayıt   Qətl  





Xəbər lenti