ABŞ Konqresi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanımaq istəyir

 ABŞ Konqresi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanımaq istəyir
  25 İyun 2022    Oxunub:1198
ABŞ Konqresi Rusiyanın Ukraynadakı müharibəsini soyqırımı kimi tanıyan ikitərəfli qətnamə layihəsi hazırlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb..

Qətnamədə iddia edilir ki, Ukrayna vətəndaşlarının heç bir fərq qoymadan öldürülməsi, doğum evlərinə və xəstəxanalara hücumlar, yüz minlərlə insanın deportasiyası BMT-nin müvafiq Konvensiyasında nəzərdə tutulmuş soyqırımı meyarlarına cavab verir.

Nəşr qeyd edir ki, qətnamə hüquqi qüvvəyə malik deyil, lakin bu, Rusiyanın hərəkətlərinin pislənməsinə işarədir və Konqres üzvlərinin Ukraynaya davamlı dəstək göstərmək səylərini özündə əks etdirir.

Xatırladaq ki, aprel ayında ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynadakı müharibəsini soyqırımı aktı kimi qiymətləndirib.

AzVision.az



Teqlər: ABŞ   Rusiya   Ukrayna  





Xəbər lenti