Moskvada "narıncı təhlükə" elan edildi

Moskvada "narıncı təhlükə" elan edildi
  25 İyun 2022    Oxunub:1026
Rusiyanın paytaxtı Moskvada 30-32 dərəcə yüksək temperatur səbəbiylə “narıncı” təhlükə səviyyəsi elan edilib.
AzVision.az xəbər verir ki, bu haqda Rusiyanın Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Meteoroloji xidmətdən verilən məlumata görə, xəbərdarlıq iyunun 25-i və 26-sı saat 12.00-dan 18.00-dək qüvvədə olacaq.

Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand yaxın günlərdə Moskvada ultrabənövşəyi şüalanmanın yüksək səviyyədə olacağını bildirib. O, gündüzlər günəş altında olmamağı və uzunqol geyinməyi tövsiyə edib.
AzVision.az


Teqlər:





Xəbər lenti