Almaniyadan Ukraynaya 1 milyardlıq qrant

Almaniyadan Ukraynaya 1 milyardlıq qrant
  25 İyun 2022    Oxunub:901
Almaniya Ukraynaya 1 milyard avro dəyərində qrant yardımı təqdim edəcək. Bu vəsait Beynəlxalq Valyuta Fondunun (BVF) inzibati hesab mexanizmi vasitəsilə yönəldiləcək.
"RBC-Ukraine” agentliyinin yaydığı məlumata görə, hökumətlər arasında sazişi Ukraynanın maliyyə naziri Sergey Marçenko və Almaniyanın maliyyə naziri Kristian Lindner imzalayıblar.

Vəsaitin yaxın zamanda təqdim ediləcəyi gözlənilir.

“Əldə edilmiş vəsait hərbi vəziyyət şəraitində ən zəruri sosial və humanitar xərclərə yönəldiləcək”, - Ukraynanın Maliyyə Nazirliyinin məlumatında deyilir.
AzVision.az


Teqlər:





Xəbər lenti