General-leytenant olan hərbçilər kimdir?

   General-leytenant olan hərbçilər kimdir?
  25 İyun 2022    Oxunub:465
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, onlar arasında “general-leytenant” hərbi rütbəsi alanlar da var.

Bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir.

Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.

Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib.

AzVision.az

Teqlər: Rütbə  







Xəbər lenti