Oğuzdan sel keçib, Şəkiyə dolu düşüb - Faktiki hava

   Oğuzdan sel keçib, Şəkiyə dolu düşüb -    Faktiki hava
  25 İyun 2022    Oxunub:905
Faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, iyunun 25-i saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin şimal və qərb rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində iyunun 24-də saat 22:00 radələrində Əyriçay-Başdaşağıldan (Oğuz) sel keçib. Hal-hazırda Ceyrançöl, Balakən rayonlarında yağış yağır. Düşən yağışın miqdarı Göygöldə 23.0 mm, Şahdağda 13.0 mm, Xınalıq, Mingəçevirdə 12.0 mm, Oğuzda 11.0 mm, Qəbələdə 9.0 mm, Sarıbaş, Qrızda 8.0 mm, Şəkidə 6.0 mm, Daşkəsən, Zaqatala, Ağstafada 5.0 mm, Gəncədə 4.0 mm, Şərur, Gədəbəy, Tovuz, Kişçay, Ləzə, Balakən, Qubada 2.0 mm, Qusar, Şəmkir, Naftalan, Sədərək, Yevlax, Sumqayıtda 1.0 mm-dək olub.

İyunun 24-də saat 21:20 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndinə xırda dənəli dolu düşüb.

İyunun 24-də Bakıda iqlim normasından 2.0° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 26-31° isti, Naxçıvan MR-da 31-36° isti, dağlıq rayonlarda 18-23° isti, aran rayonlarında 29-34° isti olub.

İyunun 29-dək əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti