Stoltenberq: “Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq”

      Stoltenberq:    “Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq”
  25 İyun 2022    Oxunub:1035
“Ukrayna ətrafında vəziyyətin danışıqlar yolu ilə həll olunacağı ehtimal edilir”. AzVision.az xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.
“Çox güman ki, bu müharibə danışıqlar masası arxasında bitəcək. Biz Ukraynanın mümkün qədər güclü olmasını təmin etmək və onun suveren və müstəqil Avropa dövləti kimi qalmasına kömək etmək üçün məsuliyyət daşıyırıq. Və bunun ən yaxşı yolu güclü hərbi və iqtisadi dəstək vermək və Rusiyaya qarşı sərt sanksiyaları təşviq etməkdir”-deyə, o bildirib.

Stoltenberqin sözlərinə görə, NATO ilə Rusiya arasında total müharibə yoxdur.


AzVision.az



Teqlər:





Xəbər lenti