Pakistan Çindən 2,3 milyard dollar kredit aldı
“Mən məmnuniyyətlə elan edirəm ki, Çin konsorsiumundan 15 milyard yuan (təxminən 2,3 milyard dollar) məbləğində kredit bu gün (24 iyun - Red) Pakistan Dövlət Bankındakı hesaba köçürülüb və bu, bizim xarici valyutamızı artırıb”, - deyə o yazıb.
Bu həftə Pakistan Çin Bank Konsorsiumu ilə ölkənin valyuta ehtiyatlarını dəstəkləmək və Pakistan rupiyasını sabitləşdirmək üçün kredit ayırmaq üçün müqavilə imzaladığını elan etmişdi.
AzVision.az
Teqlər: Pakistan