BMT: Dünyada jurnalistlərin təhlükəsizliyi aşağı düşüb

      BMT:    Dünyada jurnalistlərin təhlükəsizliyi aşağı düşüb
  25 İyun 2022    Oxunub:1111
Birləşmiş Millətlər Təşkilatı dünyada jurnalistlərin təhlükəsizliyinin azaldığını açıqlayıb. AzVision.az xəbər verir ki, təşkilat vəziyyətin günü-gündən daha təhlükəli xarakter aldığını qeyd edib.
BMT-nin İnsan Hüquqları Şurasının 50-ci sessiyası çərçivəsində Baş Assambleyada çıxış edən BMT-nin fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçisi İrene Han internetdə və meydanda jurnalistlərə qarşı hücumları dəyərləndirib.

Han münaqişə zonalarında xidmət edərkən öldürülən jurnalistlərə işarə edərək bildirib ki, mətbuat işçilərini öldürərək susdurmaq senzuranın ən pis formasıdır.

O qeyd edib ki, internetdə jurnalistlərə qarşı gender əsaslı hücumlar, rəqəmsal təqib və kütləvi linç kampaniyalar onların təhlükəsizliyinə böyük təhlükə yaradır.

Han İnsan Hüquqları Şurası və beynəlxalq ictimaiyyəti media işçilərinə yerdə və onlayn hücumların qarşısını almaq, jurnalistlərin toxunulmazlığını təmin etmək üçün addımlar atmağa çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti