Yaponiyada rekord istilər qeydə alındı

Yaponiyada rekord istilər qeydə alındı
  25 İyun 2022    Oxunub:389
Yaponiyanın şərqində yerləşən İsesaki şəhərində şənbə günü havanın hərarəti 40,1 dərəcəyə yüksəlib. Bu, iyun ayı üçün ölkədə bütün müşahidələr dövrünün ən yüksək göstəricidir.
Bu barədə Yaponiya Milli meteorologiya idarəsi məlumat yayıb. Hakimiyyət orqanları temperaturun yüksəlməsi ilə əlaqədar əhaliyə günəş altında uzun müddət qalmamağı və müntəzəm olaraq su içməyi tövsiyə edib.

İyunun 24-də Kai şəhərində açıq havada keçirilən məşğələdən sonra 16 yuxarı sinif şagirdi günəş vurması simptomları ilə xəstəxanaya yerləşdirilib.

AzVision.az

Teqlər: İsti  







Xəbər lenti