Ukraynada müharibədə ölən uşaqların sayı artdı

   Ukraynada müharibədə ölən uşaqların sayı artdı
  25 İyun 2022    Oxunub:704
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 339 uşaq ölüb, 611 uşaq isə yaralanıb.
Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb. Qeyd olunub ki, 4 ay ərzində 950 uşaq müharibə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2061 təhsil müəssisəsinə ziyan dəyib, 2133-ü isə tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti