Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb

Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
  25 İyun 2022    Oxunub:993
Füzulidə xeyli sayda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər.

Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti